Ana Sayfa > Karusel / Dünya > Norveç Ukraynaya əlavə olaraq 630 milyon dollar ayıracaq

Norveç Ukraynaya əlavə olaraq 630 milyon dollar ayıracaq


1-05-2024, 07:57. Yazar: Admin

Norveç Ukraynaya əlavə olaraq 630 milyon dollar ayıracaq

Norveç krallığın 2024-cü il büdcəsindən Kiyevə 7 milyard kron (632 milyon dollar) məbləğində əlavə yardım göndərəcək.

Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yonas Qar Störe məlumat yayıb.

Onun sözlərinə görə, ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) Ukraynaya hərbi yardım göndərmək üçün istifadə olunacaq.

Qalan vəsait humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.


Geri dön