Ana Sayfa > Karusel / Siyasət > “O, siyasi terrorçudur” - Səməd Seyidov

“O, siyasi terrorçudur” - Səməd Seyidov


30-04-2024, 21:33. Yazar: Admin

o-siyasi-terrorcudur

“AŞPA-nın almaniyalı deputatı Frank Şvabe siyasi terrorçudur”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “X” hesabında paylaşım edib.

Onun sözlərinə görə, Frank Şvabe iç üzünü açıb:

“O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçidir. O, AŞPA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”.

Qeyd edək ki, Frank Şvabe özünün “X” hesabında paylaşımında Azərbaycanın AŞPA-ya geri qayıtmağa yolu olmadığını yazıb.


Geri dön