Ana Sayfa > Karusel / Region > “Bu, regionda gələcək və davamlı sülhə yönəlib” - Ermənistan Prezidenti

“Bu, regionda gələcək və davamlı sülhə yönəlib” - Ermənistan Prezidenti


30-04-2024, 20:53. Yazar: Admin

bu-regionda-gelecek-ve-davamli-sulhe-yonelib

“Ermənistan hökumətinin Azərbaycanla sərhədlərin delimitasiyası üzrə fəaliyyəti regionda gələcək və davamlı sülhə yönəlib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan yerli televiziyaya müsahibəsində deyib.

Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesindən danışan Xaçaturyan qeyd edib ki, Tavuşda, Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib.

“Nəhayət, anlamalıyıq ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə dəqiqləşdirilməsindən asılı olacaq”, - deyə prezident bildirib. 

Xaçaturyanın sözlərinə görə, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər.


Geri dön