Ana Sayfa > Karusel / Region > “Ermənistan hələ də KTMT-nin üzvüdür, lakin…”- XİN başçısı

“Ermənistan hələ də KTMT-nin üzvüdür, lakin…”- XİN başçısı


30-04-2024, 17:42. Yazar: Admin

Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, lakin təşkilatın mexanizmlərinin işləməsində israrlıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə”yə müsahibəsində deyib.

“KTMT hərbi-siyasi birlikdir və artıq qeyd etdiyim kimi, üzv dövlətlərin sərhədlərini qorumaq üçün yaradılmışdır. Düzgün cavab verilməməsi Ermənistan cəmiyyətində suallar yaradıb və biz disfunksiyalı mexanizmin bir hissəsi olmaq istəmirik. Biz hələ də KTMT-nin üzvüyük, lakin çalışmalıyıq ki, müəyyən edilmiş bütün mexanizmlər işləsin və buna ehtiyac var”, – Mirzoyan bildirib.


Geri dön