Ana Sayfa > Karusel / Siyasət > Fəzail İbrahimli: "Fransa Minsk qrupunda həmsədr ölkə olmağa mənəvi və siyasi haqqını itirib"
Fəzail İbrahimli: "Fransa Minsk qrupunda həmsədr ölkə olmağa mənəvi və siyasi haqqını itirib"2-10-2020, 11:41. Yazar: Admin |
Fəzail İbrahimli
“Bu xalq, millət birdir və torpaq sevəndir. Biz qananı sözlə, qanmayanı güclə başa salırıq”. Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclis Sədrinin müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, Fransa senatorları da özlərinin nimdaş üzlərini göstəriblər: “Fransa ATƏT-in Minsk qrupunda həmsədr ölkə olmağa mənəvi və siyasi haqqını itirib. Özünə hörməti varsa, qətiyyətlə çəkilsin. Azərbaycan öz tarixi ərazilərini bərpa edəcək. Bəlkə də bizim ATƏT-in Minsk qrupuna ehtiyacımız olmayacaq”. Geri dön |