Ana Sayfa > Karusel / Siyasət > “ABŞ İsrailin Rəfah şəhərindəki mümkün əməliyyatını dəstəkləməyəcək”- BLİNKEN

“ABŞ İsrailin Rəfah şəhərindəki mümkün əməliyyatını dəstəkləməyəcək”- BLİNKEN


29-04-2024, 16:11. Yazar: Admin

“Birləşmiş Ştatlar İsrailin Qəzza zolağının Rəfah şəhərində mümkün əməliyyatını dəstəkləməyəcək, çünki mülki əhalinin müdafiəsini əhatə edən bir plan görməyib”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ər-Riyadda Dünya İqtisadi Forumunun xüsusi sessiyasında ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken həmçinin bildirib ki, Qəzzada mülki əhalinin maksimum müdafiəsi, maksimum dəstək ABŞ-ın əsas məqsədlərindəndir: “İndi buna son qoymağın ən sürətli yolu atəşkəsə nail olmaq və girovların azad edilməsidir. Buna nail olmaq üçün fövqəladə səylər göstərilib”.


Geri dön