Ana Sayfa > Karusel / Region > Ukrayna ordusunun Baş komandanı tərəfdaş ölkələri cəbhədəki gərgin vəziyyət barədə məlumatlandırıb

Ukrayna ordusunun Baş komandanı tərəfdaş ölkələri cəbhədəki gərgin vəziyyət barədə məlumatlandırıb


27-04-2024, 22:38. Yazar: Admin

Ukrayna ordusunun Baş komandanı tərəfdaş ölkələri cəbhədəki gərgin vəziyyət barədə məlumatlandırıb

“Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə təmas qrupunun 21-ci iclasında tərəfdaşları cəbhədə vəziyyətin daha da gərginləşməyə doğru barədə məlumatlandırdım”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş komandanı Aleksandr Sırski “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, mövqelərdə operativ-strateji vəziyyət son dərəcə gərgindir.

A. Sırskinin sözlərinə görə, qrupun iştirakçısı olan dövlətləri Ukraynanın daha çox silah-sursat və hərbi texnikaya ehtiyacı olduğu barədə də xəbərdar edib.

Xatırladaq ki, ABŞ-nin rəhbərlik etdiyi qrupa 50 ölkə daxildir.


Geri dön