Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xankəndidə yenə silah-sursat tapıldı 
Ana Sayfa > Karusel / Qarabağ > Xankəndidə yenə silah-sursat tapıldı 

Xankəndidə yenə silah-sursat tapıldı 


27-04-2024, 11:33. Yazar: Admin

 

Xankəndidə yenə silah-sursat tapıldı 

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 

Bu barədə Qarabaqinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bundan başqa, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 3 tüfəng, 150 ədəd müxtəlif çaplı patron və 1 alışdırıcı təhvil götürüblər. Həmçinin qanunsuz saxlanılan 3 tüfəng də aşkar edilərək götürülüb.


Geri dön