Ana Sayfa > Karusel / Gündəm > Ermənistan Azərbaycandan bu şərtlə qaz ALA BİLƏR

Ermənistan Azərbaycandan bu şərtlə qaz ALA BİLƏR


27-04-2024, 11:32. Yazar: Admin

 

Ermənistan Azərbaycandan bu şərtlə qaz ALA BİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirlən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda bildirib ki, normallaşma prosesindən və sülh müqaviləsi imzalanandan sonra Azərbaycan Ermənistana da qaz sata bilər.

 

"Potensial qaydada xüsusən də, Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı", - dövlət başçısı qeyd edib.

 

Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməlidir. “Hesab edirəm ki, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar. Bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız təbii qazın bir hissəsi Azərbaycan qazıdır”,- o deyib.

 

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanın Ermənistana qaz tədarük etməsi ilə bağlı müzakirələr aparılır.

 

Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban vurğulayıb ki, investorlar arasında qarşılıqlı inam olmalıdır:

 

"Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrindən gələn ekspertlərlə görüşündə ümumən Cənubi Qafqazın birgə iqtisadi modelinə,inkişaf konsepsiyasına, əməkdaşlığına dair bir neçə mesajı oldu. Bu mesaj Baltikyanı ölkələrin bir-biri ilə əməkdaşlığı ilə müzakirə edildi. Vurğulandı ki, Cənubi Qafqazda da vəziyyət belə ola bilər. Bunun üçün sadəcə siyasi iradə və sülh sazişi olmalıdır. Çünki sərmayənin qoyulması və onun artırılması, gələcək inkişafı üçün alış-veriş və investorlarda inam olmalıdır. Bu inam da stabillikdən yaranır. Bir-birinə qarşı istər milli, istər siyasi, istərsə də hərbi zəmində olan risklərin minimumlaşdırılması ilə iqtisadiyyat inkişaf edə, iqtisadi tərəfdaşların bir-birinə inamı yarana bilər".

 

Ekspert bildirib ki, Azərbaycan Prezidenti Ermənistanla iqtisadi əlaqələrin gələcək prespektiv baxımından mesaj verdi.

 

"O qeyd etdi ki, Zəngəzur dəhlizi yalnız avtomobil vasitələrinin hərəkəti üçün məkan kimi başa düşməməlidir. Orada Prezident haşiyə çıxıb çox yaxşı vurğuladı ki, mən başa düşmürəm ki, bunlar dəhliz sözündən niyə bu qədər ürkürlər, təşvişə düşürlər.  Bizdə Şimal-Cənub, Şərq-Qəb dəhlizi var. Bunun Azərbaycana, başqa ölkələrə təhdid yoxdur. Sizdə də eyni şey olmalıdır. Bu dəhliz vasitəsilə həm elektrik enerjisi, həm də təbii qazın verilməsi mümkündür". Prezident Ermənistanın elektrik enerjisi artdığı təqdirdə Azərbaycanın müəllifi olduğu layihəyə uyğun olaraq Qara dənizdən Avropaya elektrik enerjisinin ixracı məsələsinə qoşula biləcəyini dedi. Məsələ burasındadır ki, biz bu layihələrə pul yatırırıq. Digər yandan bizim enerji resurslarımız var. Gürcüstanla sərhədlərimiz cəmi 70 faiz delimitasiya olunub. Lakin biz dostluqdan kənar münasibət bəsləmirik", - İlham Şaban bildirib.

 

O vurğulayıb ki, Ermənistanın iki yolu var, ya iqtisadi vəziyyətini, əməkdaşlığını mifik tarixinə bağlamalı, yaxud gələcəyə baxmalıdır:

 

"Onu da xatırlatmaq istəyirəm ki, Ermənistan Azərbaycan qazını 12 fevral 1960-cı ildən almağa başlayıb. Ermənistan 1991-ci ilin 4-cü rübünə qədər Azərbaycan qazının idxalçısı olub. Bununla bağlı "Qazprom Armenia"nın saytında fotolar belə yerləşdirilib. Hansı yataqlardan qazın gəldiyini yazıblar. Azərbaycanın Ermənistana qaz satması mümkündür. Ermənistan özü üçün götür-qoy etməlidir. r".


Geri dön