Ana Sayfa > Karusel / Region > Sərhəddəki etiraza qoşulan erməni hərbçilər barədə araşdırma başladıldı

Sərhəddəki etiraza qoşulan erməni hərbçilər barədə araşdırma başladıldı


27-04-2024, 11:13. Yazar: Admin

Sərhəddəki etiraza qoşulan erməni hərbçilər barədə araşdırma başladıldı

 

Dünən axşam saatlarında Ermənistanın Azərbaycanla sərhədində yerləşən Tavuş vilayətində keçirilən etiraz aksiyasına bir qrup müqaviləli hərbçi də qoşulub.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə görüntülər teleqram kanallarında yayılıb.

 

Hərbçilər Tavuş vilayətində Azərbaycanla sərhədin delimitasiyası prosesinin dayandırılması tələbi ilə keçirilən nümayişçilərdə iştirak ediblər.

 

Ermənistan Müdafiə Nazirliyi “Tavuş vilayətinin Kirants şəhərində keçirilən siyasi aksiyaya” qoşulan hərbi geyimli şəxslərin kimliyini müəyyənləşdirdiyini bildirib.

 

Nazirlik qeyd edib ki, ordunu siyasi proseslərə cəlb etmək cəhdinə adekvat hüquqi qiymət veriləcək.

 

Qeyd edək ki, Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyaları razılığa gəliblər. Razılığa əsasən, Qazaxın işğal altında olan 4 kəndi Azərbaycana qaytarılacaq.


Geri dön