Ana Sayfa > Karusel / Siyasət > Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” işi üzrə ictimai dinləmələr başa çatıb
Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” işi üzrə ictimai dinləmələr başa çatıb26-04-2024, 21:53. Yazar: Admin |
Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın qaldırdığı ilkin etirazlar əsasında ictimai dinləmələr başa çatıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə BƏM-in bəyanatında bildirilib. Qeyd olunub ki, məhkəmə indi sübutların nəzərdən keçirilməsinə başlayır. Aprelin 22-də başlayan dinləmələrdə Ermənistan nümayəndə heyətinə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyan, Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib. Geri dön |