Ana Sayfa > Karusel / Dünya > Rusiya XİN Mərkəzi Asiyadan gələn miqrantların hüquqi normalara riayət edəcəyinə ümid edir
Rusiya XİN Mərkəzi Asiyadan gələn miqrantların hüquqi normalara riayət edəcəyinə ümid edir26-04-2024, 20:57. Yazar: Admin |
Rusiya ümid edir ki, Mərkəzi Asiya ölkələri öz vətəndaşlarını Rusiya Federasiyasına işləmək üçün göndərən də onlara bütün hüquqi normalara riayət etməli olduğu barədə istiqamət verəcək. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Onun sözlərinə görə, Moskva əmək miqrantları seçiminin təşkilati xarakter daşıması üzərində Özbəkistan və Tacikistanla işləyir. “Biz, xüsusən Özbəkistan və Tacikistanla əmək miqrantlarının Rusiyada işləmək üçün cəlb edilməsinin xaotik deyil, mütəşəkkil və sistemli xarakter daşıması üçün fəal işləyirik”, deyə rusiyalı diplomat vurğulayıb. Geri dön |