Ana Sayfa > Karusel / Region > Türkiyə Ermənistanla sərhədin açılması üçün şərt qoydu - ÖZƏL
Türkiyə Ermənistanla sərhədin açılması üçün şərt qoydu - ÖZƏL26-04-2024, 20:52. Yazar: Admin |
Türkiyənin Ermənistanla sərhədlərin açılması məsələsi ilə bağlı mütəmadi olaraq Azərbaycanla məsləhətləşmələr aparılır.
Qarabaginfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.
"Ona görə də son vəziyyətləri çox diqqətlə izləyir və Azərbaycan tərəfi ilə danışıqlar aparırıq. Bunu bildirək ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasının başlıca şərti Qarabağ məsələsinin tamamilə həll olunması idi. Sonrakı proses Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi olmalı idi. Bundan sonra Ermənistanla sərhədlərin açılması və dogər məsələlər gündəmdə ola bilər”,- deyə Komitə sədri bildirib. Geri dön |