Ana Sayfa > Karusel / Kriminal > “Krokus”da terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb

“Krokus”da terror aktı ilə bağlı daha bir nəfər saxlanılıb


26-04-2024, 17:04. Yazar: Admin

Rusiya hüquq-mühafizə orqanları “Krokus Siti Holl”da törədilən terror aktında iştirakda şübhəli bilinən daha bir şəxsi saxlayıblar.

TASS bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

“Krokusda törədilən terror aktı ilə bağlı başlanmış cinayət işinin istintaqı çərçivəsində daha bir əli olan şəxs saxlanılıb”, – deyə xəbərdə bildirilir.

Onun həbsi və işdə iştirak edən şəxsin rolu ilə bağlı təfərrüatlar məlum deyil.


Geri dön