Ana Sayfa > Karusel / Qarabağ > MN: Ağdamın kəndləri atəşə tutulub, ölən və yaralananlar var

MN: Ağdamın kəndləri atəşə tutulub, ölən və yaralananlar var


2-10-2020, 10:20. Yazar: Admin

 

MN: Ağdamın kəndləri atəşə tutulub, ölən və yaralananlar var

Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan tərəfinə yaşayış məntəqələrimizi atəşə tutmamaları barədə dəfələrlə xəbərdarlığına baxmayaraq, bu dəqiqələrdə Ağdam rayonunun Xındırıstan, Əlibəyli, Əhmədağalı və Səfərli kəndləri düşmən tərəfindən intensiv artilleriya atəşinə tutulur.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a bildirilib ki, mülki əhali arasında ölən və yaralananlar var.

"Məlumata əsasən, Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazilərinin raket atəşinə tutulması ehtimalı da var.

Bildiririk ki, tərəfimizdən adekvat cavab tədbirləri görüləcək", - məlumatda bildirilib.


Geri dön