Ana Sayfa > Karusel / Dünya > “Blinkenin Çinə səfəri Pekin və Moskva arasında münasibətləri pozmaq üçündür”- RUSİYA XİN

“Blinkenin Çinə səfəri Pekin və Moskva arasında münasibətləri pozmaq üçündür”- RUSİYA XİN


26-04-2024, 11:42. Yazar: Admin

ABŞ dövlət katibi Entoni Blinkenin Çinə səfəri Pekin və Moskva arasında münasibətləri pozmaq üçün vasitədir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

Onun sözlərinə görə, Vaşinqton Rusiya və Çin arasında dərinləşən qarşılıqlı fəaliyyətdən narazıdır.

“Dövlət katibinin səfəri ABŞ-ın Çinə təzyiqləri artırmaq və nə etməyə hazır olduğu öyrənmək istəyi baxımından qiymətləndirilməlidir”, – XİN rəsmisi deyib.

O qeyd edib ki, Pekin ABŞ-la Rusiyanın maraqlarına zərər verəcək danışıqlar aparmayacaq.

Blinkenin Çinə səfəri aprelin 24-də başlayıb və 3 gün davam edəcək. O, Çin rəsmiləri ilə Rusiyanın Ukraynadakı hərbi əməliyyatını, Yaxın Şərqdəki vəziyyəti və Cənubi Çin dənizindəki vəziyyəti müzakirə edəcək. Blinken Çin hakimiyyətini xəbərdar edəcək ki, Vaşinqton və onun tərəfdaşları Pekinin Moskvaya texnologiya tədarükünü dayandırmaqdan imtina etməsinə getdikcə dözümsüz olurlar.


Geri dön