Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO
Ana Sayfa > Karusel / Kriminal > Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO

Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO


26-04-2024, 10:46. Yazar: Admin

Xocavənddə partlayıcı vasitələr aşkar edilib - FOTO

Xocavənddə partlayıcı vasitələr aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır


Geri dön