Ukraynanın aqrar siyasət naziri Nikolay Solski ötən gün istefa verib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk məlumat verib.
Bildirilib ki, nazir Ukrayna Milli Antikorrupsiya Bürosu tərəfindən korrupsiyada ittiham olunduqdan sonra bu qərara gəlib.
İstefaya parlamentin növbəti iclaslarında baxılacağı qeyd olunub.