Ana Sayfa > Karusel / Dünya > ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır


26-04-2024, 07:33. Yazar: Admin

 

ABŞ Ukraynaya silah tədarükü üçün 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır

R'smi Vaşinqton Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika şirkətləri ilə 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə “Politico” qəzeti iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Onların fikrincə, bu yolla Amerika administrasiyası Kiyev üçün cümə günü elan oluna biləcək ən böyük yardım paketlərindən birinə “son nöqtələri” qoyur.

Mənbələrin bildirdiyinə görə, bura "Patriot" hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, dronlar, əks PUA-lar və hava-hava raketləri daxil olacaq.

Qeyd olunur ki, müqavilələrin bağlanması üçün vəsait ABŞ Konqresinin Kiyevə yardım üçün ayırdığı 61 milyard dollardan ayrılacaq.


Geri dön