Ana Sayfa > Karusel / Dünya > Belarus Litvanı Minskə dronla zərbə endirmək cəhdində ittiham edib

Belarus Litvanı Minskə dronla zərbə endirmək cəhdində ittiham edib


25-04-2024, 16:53. Yazar: Admin

Belarus Dövlət Təhlükəsizlik Komitəsi kəskin tədbirlərin köməyi ilə Litva ərazisindən Minskə döyüş pilotsuz təyyarələrinin hücumlarının qarşısını alıb.

Qarabaginfo.az xəbər verir ki, bunu komitənin rəhbəri İvan Tertel bildirib.

“Son vaxtlar bir sıra kəskin təhlükəsizlik tədbirləri həyata keçirilib ki, bu da Litva ərazisindən Minsk və onun ətrafındakı obyektlərə hərbi pilotsuz təyyarələrin hücumlarının qarşısını almağa imkan verib”, – Tertel bildirib.

Onun sözlərinə görə, radikallar Litva və Polşada Belarusun əsas hədəflərinə hücumlar üçün pilotsuz təyyarələr istehsal etməyə başlayıblar. Bundan başqa, ölkədən çıxarılan Belarus müxalifəti Belarus Atom Elektrik Stansiyasına və respublikanın kritik infrastrukturuna kiberhücumlar həyata keçirməyə hazırlaşır.


Geri dön