Ana Sayfa > Karusel / İqtisadiyyat > “Rusiya aktivlərinin müsadirəsi dolların mövqeyini sarsıda bilər”- “Bloomberg”

“Rusiya aktivlərinin müsadirəsi dolların mövqeyini sarsıda bilər”- “Bloomberg”


25-04-2024, 14:18. Yazar: Admin

Dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ABŞ valyutasının nüfuzuna xələl gətirə və investorların inamını sarsıda bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Agentlik hesab edir ki, belə bir qərar dünya iqtisadiyyatının de-dollarizasiyasına gətirib çıxara bilər.

Beynəlxalq Valyuta Fondunun keçmiş əməkdaşı Esvar Prasad agentliyə bildirib ki, Birləşmiş Ştatların öz milli valyutasını dollar ehtiyatlarını ələ keçirmək silahına çevirməsi rəqiblərini mütləq dolların əvəzlənməsi haqqında düşünməyə məcbur edəcək.

Mənbənin fikrincə, dollardan geniş istifadədən imtina prosesi məhdud miqyasda olacaq, çünki hazırda alternativ ehtiyat valyuta yoxdur.


Geri dön