Ana Sayfa > Karusel / Region > Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb


25-04-2024, 13:42. Yazar: Admin

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb - VİDEO

Ermənistanda vətəndaşlar Azərbaycanla delimitasiyaya etiraz olaraq bir neçə avtomobil yolunu bağlayıb.

Qarabaginfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, İrəvan-Meğri avtomobil yolunun Tiqranaşen (Kərki) hissəsi, eyni zamanda, İrəvan-Sevan avtomagistralının Martunidən keçən hissəsi bağlanıb.

Bundan başqa Şirak vilayətində vətəndaşlar İrəvan-Gümrü avtomobil yolunu bağlayıblar.

Baqrataşendə Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsi də bağlıdır.

Vətəndaşlar bununla Tavuşda, Qazaxla sərhəddə delimitasiya prosesinə etirazlarını nümayiş etdirirlər.

Paytaxt İrəvanın mərkəzində də Tavuş sakinlərinə dəstək əlaməti olaraq yolların bağlandığı bildirilir.


Geri dön