Ana Sayfa > Karusel / Dünya > Netanyahu Qüds məsələsindən danışdı

Netanyahu Qüds məsələsindən danışdı


14-12-2017, 08:54. Yazar: Admin

"Qarabaginfo" xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu İstanbulda İslam Əməkdaşlıq Təşkilatının konfransında Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmasına münasibət bildirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahu sammitdə elan edilən bəyannamənin onlara heç bir təsirinin olmadığını bildirib

 

"Fələstinlilər bir  həqiqəti dərk etməlidir. Bütün bu bəyannamələr bizə təsir etmir. Qüdslə bağlı digər bir həqiqəti də qəbul etmək lazımdır. Bu şəhərin təkcə İsrailin paytaxtı olduğunu demirik, eyni zamanda Qüdsdə bütün dinlər üçün ibadət azadlığına hörmət göstərdiyimiz məqamın da olduğunu və bunu bütün Yaxın Şərqdə göstərən yeganə ölkə olduğunu da bildiririk",- deyə Netanyahu bildirib.

 


Geri dön