Ana Sayfa > Karusel / Dünya > Ukrayna Rusiyanın daha bir neft anbarını VURDU 

Ukrayna Rusiyanın daha bir neft anbarını VURDU 


24-04-2024, 09:41. Yazar: Admin

Ukrayna Rusiyanın daha bir neft anbarını VURDU 

Rusiyanın Smolensk şəhəri yaxınlığındakı Razdoro kəndində partlayış baş verib.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Rusiyanın "Shot" teleqram kanalında məlumat paylaşılıb.

 

Məlumata görə, Ukraynaya məxsus bir və ya bir neçə pilotsuz uçuş aparatı (PUA) neft anbarına düşüb.

 

“SHOT abunəçilərinin bildirdiyinə görə, ilk partlayış səhər saat 3:15-də Razdoro kəndi yaxınlığındakı neft bazası ərazisində (Smolenskdən təxminən 20 km aralıda) baş verib. Təxminən 15 dəqiqə sonra daha bir partlayış səsi eşidilib, bundan sonra sənaye obyektinin ərazisində tüstü yaranıb. Artıq səhər saat dörd radələrində daha bir neçə yüksək səs eşidilib”, - kanalda bildirilib.

.

Smolensk vilayətinin qubernatoru Vasili Anoxin "Telegram"da yazıb ki, “düşmənin mülki yanacaq-energetika obyektlərinə hücumundan” sonra bölgənin iki rayonunda yanğın başlayıb.


Geri dön