Ana Sayfa > Karusel / Dünya > Şoyqunun müavini saxlanıldı

Şoyqunun müavini saxlanıldı


24-04-2024, 07:55. Yazar: Admin

soyqunun-muavini-saxlanildi

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) ölkənin müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - məlumatda deyilir.

Timur İvanov azı 1 milyon rubl (18 200 AZN) rüşvət almaqda şübhəli bilinir.

Onun ittiham olunduğu maddəyə əsasən, məmuru 15 ilədək həbs cəzası gözləyir.


Geri dön