Ana Sayfa > Karusel / Dünya > Müharibə başlayandan Ukrayna yarım milyon hərbçisini itirib- Rusiya müdafiə naziri

Müharibə başlayandan Ukrayna yarım milyon hərbçisini itirib- Rusiya müdafiə naziri


23-04-2024, 16:29. Yazar: Admin

İki ildən artıq davam edən müharibədə Ukrayna Silahlı Qüvvələri təqribən yarım milyon hərbçisini itirib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Aprelin əvvəlində o, təkcə 2024-cü ildə Ukraynanın 80 min əsgər və 14 min silah itirdiyini bəyan etmişdi.

Şoyqu əlavə edib ki, son həftələrdə rus qoşunları Donetsk vilayətində Pervomayskoe, Boqdanovka və Novomikhailovkanı ələ keçirib, həmçinin Berdiçi və Georgiyevkada nəzarət zonasını genişləndirib.

Şoyqu iddia edir ki, Rusiya hərbçiləri bütün döyüş təmas xəttində təşəbbüsü ələ alıb və Ukrayna qüvvələrini işğal etdikləri xəttlərdən sıxışdırıb çıxarır.


Geri dön