Ana Sayfa > Karusel / Siyasət > Həmsədr ölkələrin liderləri Dağlıq Qarabağda vəziyyətlə bağlı birgə bəyanat yayıb

Həmsədr ölkələrin liderləri Dağlıq Qarabağda vəziyyətlə bağlı birgə bəyanat yayıb


1-10-2020, 16:15. Yazar: Admin

Həmsədr ölkələrin liderləri Dağlıq Qarabağda vəziyyətlə bağlı birgə bəyanat yayıb

ATƏT-in Minik Qrupu həmsədr ölkələrinin liderləri Dağlıq Qarabağda vəziyyətlə bağlı birgə bəyanat yayıblar.

Qarabaginfo.az xəbər verir ki, APA-nın Moskva müxbirinə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron tərəfindən imzalanan bəyanatda deyilir: Minsk Qrupunu təmsil edən ölkələr Dağlıq Qarabağ münaqişəsi zonasındakı təmas xəttində gücün eskalasiyasını ən qətiyyətli şəkildə qınayır. Ölənlərin və yaralıların ailələrinə başsağlığı veririk.

İştirakçı tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq”.

Həmsədr ölkə liderləri, həmçinin, Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqları heç bir ilkin şərt irəli sürmədən dərhal bərpa etməyə dair üzərlərinə öhdəlik götürməyə çağırıblar.


Geri dön