Ana Sayfa > Karusel / Siyasət > Lavrov ABŞ-nin Rusiyanın kosmosda nüvə silahı ilə bağlı bəyanatlarını absurd adlandırıb
Lavrov ABŞ-nin Rusiyanın kosmosda nüvə silahı ilə bağlı bəyanatlarını absurd adlandırıb22-04-2024, 12:18. Yazar: Admin |
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Rusiyanın kosmosda nüvə silahı ilə bağlı bəyanatlarını absurd adlandırıb. Qarabaginfo.az xəbər verir ki, Lavrov belə uydurmaların reallıqla heç bir əlaqəsinin olmadığını söyləyib. O əlavə edib ki, Rusiya kosmosun sırf dinc fəaliyyətlər üçün məkan kimi qorunmasının tərəfdarıdır. Qeyd edək ki, Rusiya XİN başçısının müavini Sergey Ryabkov beynəlxalq məkanlarda Rusiya və ABŞ nümayəndə heyətlərinin kosmosda silah məsələsi ilə bağlı təmasda olduğunu açıqlayıb. Diplomat vurğulayıb ki, Rusiya kosmosla bağlı beynəlxalq öhdəliklərinə tam sadiqdir. Geri dön |