Ana Sayfa > Karusel / Dünya > Ermənistan baş nazirinin müavini Tavuş sakinlərilə görüşü rədd etdi
Ermənistan baş nazirinin müavini Tavuş sakinlərilə görüşü rədd etdi22-04-2024, 12:13. Yazar: Admin |
Ermənistan baş nazirinin müavini, dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın sədri Mher Qriqoryan Tavuş rayonundakı kəndlərin icma sədrlərilə görüşəcək. Xatırladaq ki, Tavuşun Azərbaycanla sərhədə yaxın kəndlərinin erməni sakinləri bir neçə gündür baş nazirin müavini Mher Qriqoryanla görüş tələb edirdilər. Qriqoryanın Tavuşun Voskepar, Kirants, Bağanis kəndlərinin sakinlərilə görüşəcəyi, işğal altındakı 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsindən narahat olan insanlarla müzakirə aparacağı deyilirdi. Geri dön |