Ana Sayfa > Karusel / İdman > “Qarabağ”a Çempionlar Liqasında daha bir rəqib

“Qarabağ”a Çempionlar Liqasında daha bir rəqib


22-04-2024, 11:33. Yazar: Admin

 

“Qarabağ”a Çempionlar Liqasında daha bir rəqib

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.

 

Qarabaqinfo.az xəbər verir ki, “Virtus” Azərbaycan çempionunun 4-cü mümkün rəqibi olub.

 

Bu klub San-Marinoda çempion titulunu qazanıb. “Cırtdan ölkə” təmsilçisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq.

 

Bu üzdən də “Virtus” “Panevejis”, “Ordabası” və “Vikinqur” kimi səpələnmiş olan “Qarabağ”ın potensial rəqibidir. Macarıstanda ən güclü olan “Ferensvaroş” isə Ağdam klubu ilə eyni səbətə düşüb.

 

Səpələnmişlər
“Ferensvaroş” (Macarıstan)
“Qarabağ” (Azərbaycan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
“Flora” (Estoniya)
“Klaksvik” (Farer adaları)
“Şemrok Rovers” (İrlandiya)

 

Səpələnməmişlər
“Panevejis” (Litva)
“Ordabası” (Qazaxıstan)
“Vikinqur” (İslandiya)
“Virtus” (San-Marino)

 

Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Dinamo” (Minsk, Belarus)

 

Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq.


Geri dön