Ana Sayfa > Karusel / Dünya > ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 mlrd. dollara yaxın yardım haqqında qanun qəbul edib
ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 mlrd. dollara yaxın yardım haqqında qanun qəbul edib20-04-2024, 23:24. Yazar: Admin |
ABŞ-nin Ukrayna, Tayvan və İsrailə göndərəcəyi yardımın məbləği açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyanın dondurulmuş aktivlərinin 60,84 milyard dollarını hərbi yardım qismində bu ölkəyə göndərəcək. Tayvanın Çin təhlükəsi ilə mübarizəsinə isə rəsmi Vaşinqton 8 milyard dollar ayıracaq. İsrail dövlətinə 26 milyard dollarlıq maliyyə dəstəyinin verilməsi nəzərdə tutan sənədin qüvvəyə minməsi üçün əvvəlcə Senat onu təsdiqləməli, növbəti mərhələdə isə Prezident Co Bayden imzalamalıdır. Nümayəndələr Palatasının qəbul etdiyi daha bir qərar İran və onunla bir sıra sahələrdə əməkdaşlıq potensial ölkələrlə bağlıdır. Belə ki, BMT-nin İrana tətbiq etdiyi embarqoları pozan, rəsmi Tehranla əməkdaşlıq edən, bu ölkəyə raket və pilotsuz uçuş aparatlarının komponentlərinin təchizatı ilə məşğul olan, bununla yanaşı İrana ABŞ istehsalı olan texnologiyaların gətirilməsində iştirakçı olan tərəflər də məhdudiyyətlərin təsiri altına düşəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə qərar səs çoxluğu ilə qəbul edilib. Bundan əlavə Tayvana 8 milyard dollarlıq dəstəyi nəzərdə tutan qanun da palatadan keçib. Qanunverici orqan Çinə əlavə sanksiyalar paketini də qəbul edib.(apa) Geri dön |