Ana Sayfa > Karusel / Sosial > Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq


19-04-2024, 19:06. Yazar: Admin

yagis-yagacaq-dolu-dusecek

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi 20-də bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.


Geri dön