Ana Sayfa > Karusel / Region > Azərbaycan və Yaponiya turizm sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Yaponiya turizm sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib19-04-2024, 18:41. Yazar: Admin |
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe arasında görüş keçirilib. Qarabaginfo.az xəbər verir ki, görüşdə turizm əlaqələrinin inkişaf etdirilməsi və əməkdaşlıq imkanları müzakirə edilib. Eyni zamanda sentyabr ayında Yaponiyanın Osaka şəhərində keçiriləcək "JATA Tourism Expo" sərgisində Azərbaycanın iştirakı və Yaponiyada Azərbaycan haqqında məlumatlılığın artırılması ilə bağlı layihələrin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı tanınmış yaponiyalı serial və film mütəxəssisi Fukuzava Katsuonun may ayında Azərbaycana səfər edərək ölkəmizin görməli yerləri ilə tanış olması və Azərbaycanın turizm imkanlarını əks etdirən verilişlər hazırlaması təklif edilib. Müzakirələr zamanı qarşılıqlı turist səfərlərinin təşviq edilməsi istiqamətində birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Geri dön |