“Hazırda Avropa İttifaqı Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində fəal işləyir”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yeni məhdudiyyətlər ilk növbədə artıq tətbiq edilmiş məhdudiyyətlərdən yan keçənlərə təsir edəcək.
“Hazırda biz Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyirik. Bu, məhdudiyyətlərdən yayınma ilə mübarizəyə yönələcək və artıq onları yayındıranlara qarşı sanksiyaları əhatə edəcək”, – Aİ rəsmisi deyib.