Ana Sayfa > Karusel / Gündəm > MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir
MN: Azərbaycan Ordusu yalnız hərbi obyektlərə zərbə endirir1-10-2020, 15:21. Yazar: Admin |
Ermənistan tərəfi Hadrut və Xocavənd yaşayış məntəqələrində məskunlaşan mülki əhalinin Azərbaycan Ordusunun atəşinə məruz qalması barədə növbəti yalan məlumat yayıb. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Ermənistandan ordusundan fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə deyil, yalnız hərbi obyektlərə zərbələr endirir. Bölmələrimiz tərəfindən düşmən işğalı altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib. Geri dön |