Ana Sayfa > Karusel / Dünya > Moskvada Rus Dili İnstitutunun rektoru miqrantlarla bağlı qalmaqala görə işdən çıxarılıb
Moskvada Rus Dili İnstitutunun rektoru miqrantlarla bağlı qalmaqala görə işdən çıxarılıb19-04-2024, 12:48. Yazar: Admin |
Moskvanın A.S. Puşkin adına Rus Dili İnstitutunun rektoru miqrantlarla bağlı qalmaqala görə işdən çıxarılıb. Qarabaginfo.az xəbər verir ki, REN TV-nin məlumatına görə, Təhsil və Elm Nazirliyi nazir Valeri Falkovun ali məktəblərin rektorları ilə görüşündən sonra universitetin rektoru Natalya Truxanovskayanı vəzifəsindən uzaqlaşdırıb. Nazir aprelin 18-də miqrantlar üçün imtahanların keyfiyyətinə nəzarətin gücləndirilməsini tələb edib. Rusiya mətbuatı Truxanovskayanın miqrantların dil imtahanı verərkən korrupsiyanın qarşısının alınmasını dəfələrlə tələb etdiyini, imtahanın keçirilməsi üçün daha sərt qaydalara nail olunmasını istədiyini yazıb.
Geri dön |