Ana Sayfa > Karusel / İnfrastruktur > Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatar reysləri artırılıb

Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatar reysləri artırılıb


19-04-2024, 11:09. Yazar: Admin

Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatar reysləri artırılıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

Qarabaginfo.az bu barədə ADY-yə istinadən xəbər verir. Məlumata görə, əlavə təyin edilən qatarlar aprelin 20-də saat 09:15-də Bakıdan- Ağstafaya, aprelin 21-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.

QSC-dən o da əlavə edilib ki, hər həftəsonu qatarla Bakıdan Qəbələyə və əks istiqamətdə də səfərlər təşkil edilir.


Geri dön