Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək
Ana Sayfa > Karusel / Cəmiyyət > Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək


19-04-2024, 11:02. Yazar: Admin

 

Aprelin 26-da Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev cari il aprelin 26-da, saat 10:00-da Ağdaş rayon prokurorluğunun inzibati binasında Ağdaş, Yevlax, Ucar və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ağdaş rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, contact@prosecutor.gov.az elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək


Geri dön