Ana Sayfa > Karusel / Dünya > ABŞ Fələstinin BMT-yə qəbulu ilə bağlı qətnaməni bloklayıb
ABŞ Fələstinin BMT-yə qəbulu ilə bağlı qətnaməni bloklayıb19-04-2024, 10:18. Yazar: Admin |
Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının (TŞ) iclası zamanı Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsini tövsiyə edən qətnaməni bloklayıb. Qarabaginfo.az xəbər verir ki, Təhlükəsizlik Şurasının 12 üzvü, o cümlədən Rusiya və Çin sənədin qəbuluna səs verib. İsveçrə və Böyük Britaniya bitərəf qalıb, yalnız ABŞ qətnamə layihəsinə qarşı çıxıb. Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir. Xatırladaq ki, aprelin 1-də Fələstin BMT Təhlükəsizlik Şurasının iclasında təşkilata daxil olması ilə bağlı səsverməyə çağırıb. Geri dön |