Ana Sayfa > Karusel / Region > “ABŞ Qafqazda “böyük yanğın” törətmək istəyir, İrəvan alətdir” –Rusiya XİN

“ABŞ Qafqazda “böyük yanğın” törətmək istəyir, İrəvan alətdir” –Rusiya XİN


18-04-2024, 16:05. Yazar: Admin

“Vaşinqton və Brüssel Ermənistan və Rusiya arasında həm təhlükəsizlik, həm də iqtisadi əlaqələri pozmağı, KTMT-yə əsaslanan regional təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini sarsıtmağı qarşısına məqsəd qoyublar”

Qarabaginfo.az bildirir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu günkü brifinqdə bildirib.

Onun sözlərinə görə,  Qərb ən yaxın qonşular olan Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə arasında nifaq salmağa çalışır: “Onlar Cənubi Qafqazda sülhün qayğısına qalmaları haqqında nə qədər gözəl sözlər desələr də, ABŞ Ermənistana ancaq yeni böyük yanğını alovlandırmaq üçün alət rolunu ayırıb. ABŞ və kollektiv Qərb bunu yaxşı bacarırılar”.

Zaxarova deyib ki, Qərb Ermənistanı milli müdafiədən, milli iqtisadiyyatdan, milli enerjidən məhrum etmək istəyir. Bunun müqabilində isə mümkünsüz “yol xəritələri”, kağız üstündə planlar və digər sonsuz demaqogiya vəd edir. “Fürsətçi Qərb özünün konyuktur maraqlarına nail olduqdan sonra Ermənistanı atıb gedəcək. Onlar dünyanın müxtəlif yerlərində bunu dəfələrlə ediblər”- Zaxarova bildirib.


Geri dön