Ana Sayfa > Karusel / Kriminal > Azərbaycan vətəndaşı Moskvada ona irad bildirən şəxsi öldürüb –Polis onu axtarır

Azərbaycan vətəndaşı Moskvada ona irad bildirən şəxsi öldürüb –Polis onu axtarır


18-04-2024, 15:41. Yazar: Admin

Azərbaycanlı Şahin Abbasov Moskvada avtomobili qeyri-qanuni parklama ilə bağlı ona etiraz edən  kişini bıçaqlayaraq öldürüb.

Qarabaginfo.az bildirir bu barədə SHOT teleqram kanalı xəbər yayıb.

Hazırda Azərbaycan vətəndaşı axtarılır. İş prokurorluğun nəzarətindədir.

Qətlə yetirilən kişi  azərbaycanlı sürücüyə “Camry” markalı avtomobilini Krasnodarskayadakı evin girişində düzgün saxlamadığına görə irad tutub. Buna cavab olaraq 21 yaşlı miqrant onun qarnına bıçaq zərbəsi endirib. Motosiklet sürücüsü olan bayker qasıq nahiyəsindən bıçaqlanıb, komaya düşüb və tezliklə xəstəxanada dünyasını dəyişib.

Qonşuların SHOT-a verdiyi məlumata görə, münaqişə zamanı Şahin “problemlər yaradacağına” söz verib və özünü “qanuni oğru” adlandırıb. SHOT-un məlumatına görə, Moskvada “Perexvat” planı elan edilib. Onlar qara BMW-ni axtarırlar. Şübhəlinin ölkədən qaça bilməməsi üçün bütün hava limanları və dəmiryol stansiyaları xəbərdar edilib.


Geri dön