Ana Sayfa > Karusel > Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam18-04-2024, 11:28. Yazar: Admin |
Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə Sərəncam imzalayıb. Qarabaginfo.az “Report”a istinadən xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub. 2004-2006-cı illərdə "Bakı Fond Birjası" QSC-nin Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru, 2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini, 2014-2022-ci illərdə Təhsil Nazirliyində idarə rəisi işləyib, 2022-ci ildə dövlət başçısının sərəncamı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib. Ailəlidir, 2 övladı var. Geri dön |