Ana Sayfa > Karusel / Region > “İstəyirik ki, “Nə yaxşı ki, Azərbaycan 50 metr aralıdadır” deyəsiniz”

“İstəyirik ki, “Nə yaxşı ki, Azərbaycan 50 metr aralıdadır” deyəsiniz”


18-04-2024, 10:49. Yazar: Admin

isteyirik-ki-ne-yaxsi-ki-azerbaycan-50-metr-aralidadir-deyesiniz

“Ermənistan rəhbərliyi istəyir ki, Azərbaycanın sərhəd erməni kəndlərinə yaxınlığı həmin ərazilərin sakinlərini narahat etməsin”.

Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfəri zamanı Kiranç kəndinin sakinləri ilə görüşündə deyib. 

“Bizim məqsədimiz ondan ibarətdir ki, siz narahatlıqla “Azərbaycan 50 metr məsafədədir” demək əvəzinə, “Nə yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, biz orada ticarətlə məşğul olarıq, təsərrüfat qurarıq” deyəsiniz. Eyni zamanda, avtomobillərin keçəcəyi və buna görə Ermənistana ödəniş ediləcəyi buraxılış məntəqəsi də inşa etmək olar”, - deyə Paşinyan qeyd edib. 

Ermənistanın baş naziri, həmçinin qeyd edib ki, gələn həftədən etibarən Tavuş kəndlərinin administrasiyalarının rəhbərləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə cəlb olunacaqlar: “Gələn həftədən icmaların rəhbərlərinə lazımi məlumat təqdim ediləcək. Onlar yerlərdə işlərin icrası prosesində iştirak edəcək və öz arqumentlərini bildirəcəklər. Bununla yanaşı, icma rəhbərləri əhalinin cari hadisələr barədə məlumatlandıracaqlar”. 

Xatırladaq ki, N.Paşinyan dünən Tavuş vilayətinə səfər edib.


Geri dön