Ana Sayfa > Karusel / Dünya > “Aİ-nin hazırkı rəhbərliyi istefa verməlidir” - Orban
“Aİ-nin hazırkı rəhbərliyi istefa verməlidir” - Orban17-04-2024, 20:50. Yazar: Admin |
“Avropa İttifaqının hazırkı rəhbərliyi istefa verməlidir”. Qarabaginfo.az “Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban deyib: “Bir neçə böyük layihəsi olan Aİ-nin rəhbərliyi uğursuzluqla üzləşdi. Hazırkı rəhbərlik getməlidir, bizə yeni liderlər lazımdır”. Baş nazir Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Macarıstanın miqrasiya və gender siyasətinə görə Aİ-dən pul almayacağı barədə bəyanatını yada salıb. Bildirib ki, Aİ-nin yaratdığı qanunun aliliyi və konvensiyalar sistemi siyasi şantaj alətinə çevrilib.
Geri dön |