Ana Sayfa > Karusel / Kriminal > Sabiq rəisin məhkəmə istintaqı yekunlaşır

Sabiq rəisin məhkəmə istintaqı yekunlaşır


17-04-2024, 19:49. Yazar: Admin

 

sabiq-reisin-mehkeme-istintaqi-yekunlasir

 

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir.

Qarabaginfo.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baxılan iş üzrə artıq bütün şahidlər dindirilib.

Növbəti proses mayın 8-nə təyin olunub.

Xatırladaq ki, iki il əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. 

İstintaqın gedişində içlərində general-mayor Nizami Məmmədov da olmaqla bir sıra zabit cinayət məsuliyyətinə cəlb edilib. Bütün təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


Geri dön