Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda magistral qaz kəmərlərində itkilər artıb
Azərbaycanda magistral qaz kəmərlərində itkilər artıb17-04-2024, 13:00. Yazar: Admin |
Ötən il Azərbaycanda magistral qaz kəmərlərində 59,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 18,2% çoxdur. Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, 2022-ci ildə respublika üzrə qaz kəmərlərində itkilər 50,6 mln. kubmetr təşkil edib. Qeyd edək ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 283,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,1% artım müşahidə olunub. Geri dön |