Ana Sayfa > Karusel / Dünya > NATO Finlandiyada təlimlər keçirəcək

NATO Finlandiyada təlimlər keçirəcək


17-04-2024, 09:43. Yazar: Admin

NATO Finlandiyada təlimlər keçirəcək

Finlandiyada aprelin sonundan iyunun əvvəlinə kimi NATO-nun irimiqyaslı təlimləri keçiriləcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Finlandiya quru qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə NATO ölkələrindən 20 minə yaxın hərbçi iştirak edəcək.

Toplanış aprelin 26-da başlayacaq və tank qüvvələrinin manevrlərini əhatə edəcək.

Təlimlərdə Finlandiya, ABŞ, Böyük Britaniya, Latviya və Estoniyadan olan hərbçilərin iştirakı gözlənilir.

Həmçinin bildirilir ki, Finlandiyanın Mikkeli şəhərində Şimali Avropa ölkələri üçün NATO-nun quru qoşunlarının qərargahının yaradılması planlaşdırılır.


Geri dön