Ana Sayfa > Karusel / Dünya > “İsrail planlarını ABŞ-lə bölüşməyib”

“İsrail planlarını ABŞ-lə bölüşməyib”


16-04-2024, 22:27. Yazar: Admin

israil-planlarini-abs-le-bolusmeyib

“İsrail İranın zərbələrinə ölkənin necə cavab verməyi planlaşdırdığına dair planlarını ABŞ-lə bölüşməyib”.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Qeyd edək ki, İran aprelin 14-nə keçən gecə İsrailə hava hücumu edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hədəflərə raket və pilotsuz uçuş aparatlarının (PUA) buraxıldığını təsdiqləyib.


Geri dön