Ana Sayfa > Karusel / Dünya > Moskvada S400-lər üçün raket istehsal edən zavodda yanğın baş verib

Moskvada S400-lər üçün raket istehsal edən zavodda yanğın baş verib


16-04-2024, 21:55. Yazar: Admin

Russia completes delivery of second S-400 missile system regimental set to China - source - World - TASS

 

 

Moskvada Klara Setkin küçəsində yerləşən “Avanqard” zavodunun ərazisində yanğın baş verib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Moskva" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, yanğın 50 kvadratmetr ərazini əhatə edib və vaxtında gələn yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.

Qeyd edək ki, Moskva Maşınqayırma Zavodu "Avanqard" ASC "Almaz-Antey" Aerokosmik Müdafiə Konserni" Səhmdar Cəmiyyətinin bir hissəsidir. Şirkət həm də S-300 və S-400 zenit-raket sistemləri üçün sursat istehsal edir. Eyni zamanda, zavodun saytında qeyd olunur ki, şirkət Rusiyada bu raketləri istehsal edən yeganə şirkətdir.


Geri dön