Ana Sayfa > Karusel / Mədəniyyət > Nəzir qutuları ilə bağlı müəmma: Dini Komitə hələ də onlara nəzarət etmir
Nəzir qutuları ilə bağlı müəmma: Dini Komitə hələ də onlara nəzarət etmir16-04-2024, 17:16. Yazar: Admin |
Ötən il yayılan xəbərlərə görə, məscid və digər ibadətgahlarında qoyulan nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarətinə verilib.
Komitə xəbərin yayılmasından sonra məlumat vermişdi ki, ianələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar Qanundan irəli gələn məsələləri tənzimləmək üçün müvafiq qaydaların layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
"Qeyd olunan qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ianələrlə bağlı mexanizmin hansı formada tənzimlənəcəyi ilə bağlı ətraflı məlumat veriləcək", - açıqlamada deyilir.
Modern.az qaydaların təsdiq edilib-edilmədiyini, nə qədər ianə toplandığını aydınlaşdırmaq üçün Dövlət Komitəsinə sorğu göndərib.
Komitədən sorğuya cavab olaraq bildirilib ki, hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə nəzarəti həyata keçirmir.
“Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydaların layihəsi hazırlanaraq müvafiq şəkildə təqdim olunub. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələlərə nəzarəti həyata keçirmir. Qaydalar təsdiq olunduqdan sonra Komitə tərəfindən sorğuda əksini tapan məsələlər barədə dəqiq məlumat verilə bilər, - açıqlamada deyilir. Geri dön |